Birgə Monitorinq Mərkəzi atəşkəsə nəzarət üçün pilotsuz uçuş aparatlarından istifadə edəcək – Rusiya MN

Oxunma vaxtı:21 Saniyə

Ağdam rayonunda fəaliyyətə başlamış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəsə nəzarət üçün pilotsuz uçuş aparatlarından istifadə edəcək.

Doğrusöztv.Az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunub ki, mərkəz atəşkəs rejiminə əməl olunması, eləcə də tərəflər arasında əldə olunan razılaşmaları pozan fəaliyyətlər barədə məlumatların toplanması və yoxlanışını həyata keçirəcək:

“Nəzarət pilotsuz uçuş aparatlarının vasitəsilə, həmçinin digər mənbələrdən əldə edilən məlumatların təhlili yolu ilə aparılacaq”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Doğrusöztv.Az bildirir ki, Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlətimizin başçısı Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı ilə bağlı Türkiyə Prezidentini təbrik edib. Türkiyə Prezidenti təbrikə görə minnətdarlığını bildirib. Dövlət başçıları bu Mərkəzin […]