Prezident İlham Əliyev regionun yeni iqtisadi xəritəsini formalaşdırır – Bütün bölgə canlanacaq

Oxunma vaxtı:3 Dəqiqə, 1 Saniyə

Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin Moskva görüşündən sonra imzalanmış bəyanat regionda yeni iqtisadi reallıqlar yaradır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, “Biz yeni reallıq yaratdıq”. Bu yeni reallıq isə artıq regionda yeni iqtisadi münasibətlərin, regionun yeni iqtisadi xəritəsini formalaşdırır.

Doğrusöztv.Az-ın məlumatına görə, 11 yanvar Moskva bəyanatında regionda nəqliyyat kommunikasiyalarının bərpası nəzərdə tutulur.

Kommunikasiyaların açılması və iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi həm regiona, həm də ayrı-ayrı ölkələrə fayda gətirəcək.

Kommunikasiyaların açılması nəticəsində Ermənitsanın ticarət dövriyyəsində Türkiyənin payı 3 faizdən 13 faizə, Azərbaycanın payı isə ilk dövrdə minimumdan 1 faizə qədər arta bilər. Eyni zamanda, Azərbaycanın ixracı 1,2 milyard manat arta bilər.

Üçtərəfli bəyanatdan sonra Azərbaycanın ixracı 1,2 milyard manat arta bilər – Proqnoz

Ermənistan iki istiqamətdə Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməklə, öz ticarət dövriyyəsinin 25-30 faizini təşkil edən Rusiya ilə əlaqə yarada biləcək. Uzun illər blokada vəziyyətində qalan Ermənistan üçün isə iqtisadiyyata təkan verəcək bu bəyanat böyük şansdır.

Cənubi Qafqaz yeni iqtisadi dövrə daxil olur

Doğrusöztv.Az-ın məlumatına görə, Rusiyalı ekspert Vasili Koltaşov Trend-ə açıqlamasında bildirib ki, növbəti 20 il ərzində ticarət dövriyyəsi artacaq. Biz indi böhran dövrünün başa çatdığı və iqtisadi yüksəlişin başladığı dövrə daxil oluruq:

“Artıq bir sıra Avrasiya bazarını birləşdirən bu regionu inkişaf etdirməyə başlamaq olar. Burada ilk Türkiyə, Rusiya və İran bazarından söhbət gedir. Aydındır ki, bu üç ölkə arasında, həm də Rusiya ilə Türkiyə və Türkiyə ilə İran arasında müəyyən fikir ayrılıqları mövcuddur. Bundan sonra bu regionlar bir-biri ilə birləşəcək”.

Prezident İlham Əliyev Ermənistana inkişaf üçün böyük fürsət yaradıb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü Rüfət Quliyev isə bildirib ki, Cənubi Qafqazda əlaqələrin bərpa olunması yükdaşımaların dəyərinin azalmasına gətirib çıxaracaq: “Yolların açılması hamıdan çox Ermənistanı maraqlandırmalıdır: “Ölkələr arasında razılaşma Ermənistan iqtisadiyyatına və onun xalqının rifahına müsbət təsir göstərəcək.

Azərbaycanla Naxçıvan MR arasında logistika hava yolu ilə və İran ərazisindən reallaşdırılır, amma bundan sonra birbaşa yol tikiləcək və Türkiyəyə də birbaşa çıxış əldə olunacaq”.

Azərbaycan, Rusiya və Ermənistanda biznes inkişaf edəcək

Rusiyalı politoloq Darya Qrevtsova isə qeyd edir ki, yeni logistika yolları Azərbaycandan keçəcəyi üçün bu, həm Azərbaycana, həm Rusiyaya, həm də Ermənistana sərfəli olacaq. Bütün bu infrastruktur layihələri iqtisadi inkişafa müsbət təsir göstərəcək, çünki yeni yolların salınması bu yolların keçdiyi yerlərə investisiya axını və biznesin inkişafı deməkdir

Politoloq əlavə edib ki, işçi qrupu bir neçə məsələni həll etməlidir: “İlk növbədə, xəritədə bu yolların keçəcəyi yerlər və onların tikintisinin landşaft baxımından çətinlik səviyyəsi müəyyən edilməlidir. İkincisi, yolları tikəcək əsas podratçılar, Rusiya, Azərbaycan, Ermənistan və ya Türkiyə şirkətləri müəyyən olunmalıdır. Üçüncüsü isə kimin hansı xərcləri qarşılayacağı təyin edilməlidir”.

Azərbaycan regionun iqtisadi arxitekturasını müəyyənləşdirən yeni reallıq yaradıb

Doğrusöztv.Az-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Vüsal Qasımlı Trend-ə bildirib ki, regionda kommunikasiyaların açılması Azərbaycanın qeyri-neft ÜDM-i 2 faiz, emal sənayesini 3 faiz və mədən sənayesini 2,7 faiz artıra bilər:

“Ümumi tarazlıq modeli əsasında hesablamalarımız göstərir ki, Qarabağın Azərbaycan iqtisadiyyatına reinteqrasiyası isə orta müddətli dönəmdə kənd təsərrüfatında 10,4 faiz, turizmdə 5,5 faiz, mədənçıxarma sənayesində 5,3 faiz, nəqliyyat xidmətlərində 4,9 faiz, emal sənayesində 4,3 faiz və digər xidmətlərdə 1,4 faiz, bütövlükdə qeyri-neft ÜDM-in formalaşmasında 5,1 faiz müsbət təsirə malik olacaq.”

Regional kommunikasiyaların açılması iqtisadi arxitekturanı dəyişəcək – Vüsal Qasımlı

V.Qasımlı bildirib ki, vaxtilə Avropa Birliyi də kömür və polad üzrə sazişin üzərində qurulub: “Regionumuzda Azərbaycanın yaratdığı yeni reallığa uyğun olaraq kommunikasiyaların açılması sülhün, təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyur ki, bu da sərmayələrin cəlbi və davamlı inkişaf deməkdir. İndi dizayn verilən kommunikasiya layihələri regionun gələcək nəqliyyat və enerji xəritəsini, bütövlükdə iqtisadi, siyasi və strateji arxitekturasını şəkilləndirəcək.”

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanın müharibədəki uğuru Britaniyaya ordunun inkişafı üçün nəyə yatırım etmək lazım olduğunu göstərdi - UK Defense Journal

Azərbaycanın Dağlıq Qarabağdakı uğuru Böyük Britaniyaya ordunun inkişafı üçün nəyə yatırım etmək lazım olduğunu göstərdi. Doğrusöztv.Az-ın məlumatına görə, bu barədə “UK Defense Journal” agentliyinin dərc etdiyi məqalədə deyilir. Məqalədə qeyd olunur ki, Azərbaycan Dağlıq Qarabağdakı müharibədə erməni qoşunları üzərində heyrətamiz qələbə qazandı, onun hərbi strategiyası isə çətin keçilən dağlıq ərazidə […]