Polis Mingəçevirdə əməliyyat keçirib, silah və narkotik aşkarlanıb – FOTO

Oxunma vaxtı:40 Saniyə

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Dogrusoztv.Az verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Orxan Verdiyev polislər tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən “Naqan”markalı tapança, həmin silaha məxsus 6 ədəd patron və narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbiri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Zakir Qarayev saxlanılıb. Onun Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən yaşadığı evə baxış keçirilən zaman oradan lüləsi və qundağı kəsilmiş tüfəng aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ermənilər Şuşada Vaqif məqbərəsini bərbad vəziyyətə salıb (VİDEO)

Ermənilər Şuşa şəhərində Molla Pənah Vaqifin məqbərəsini dağıdıb. Doğrusöztv.Az-ın məlumatına görə, 70-ci illərdə ümummilli lider Heydər Əliyevin göstərişi ilə Şuşa şəhərində Molla Pənaf Vaqifin məzarı üstündə inşasına başlanan məqbərənin tikintisi 1982-ci ildə başa çatdırılıb. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi Şuşanın işğalından sonra ermənilər tərəfindən acınacaqlı vəziyyət salınıb. Kompleksin divarları, üzlük […]