Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş çavuşu Həsənli Seymur Qələndər oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.
DİN-dən Dogrusoztv.az-a verilən məlumata görə, 27 yaşlı S.Həsənli Yevlax şəhərinin Nurallar kəndində anadan olub. O, noyabrın 7-si Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycanda dekabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Dogrusoztv.Az bildirilib ki, dekabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 8-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti […]