Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb – YENİLƏNİB

DogruSozTv Az
Oxunma vaxtı:28 Saniyə

Salyan rayonu ərazisində baş verən yol qəzasının bəzi təfərrüatları məlum olub.

Zəncirvari qəza zamanı “İnfiniti”, “Mazda”, “VAZ-2107” markalı avtomobillər və mikroavtobus toqquşub.

Hadisə nəticəsində Qaraçala qəsəbə sakinləri – İsmayılov Nemət İbrahim oğlu, Əhmədov Ərəstun Ramazan oğlu və daha üç nəfər xəsarət alıb.

***

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, yol qəzası zamanı xəsarət alan 5 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Sulutəpə və Xocasən qəsəbələrində qaz olmayacaq

Bu gün Bakının Binəqədi rayonunun iki qəsəbəsində qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Məlumata görə, aşkar edilmiş qaz sızmalarının ləğv olunması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Sulutəpə və Xocasən qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.