Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

DogruSozTv Az
Oxunma vaxtı:57 Saniyə

Bu il oktyabrın 7-10-da Azərbaycanda keçiriləcək İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransı “İtkin düşmüş şəxslər məsələsinin həllində etimadın gücləndirilməsi, effektiv mexanizm və həll yollarının inkişaf etdirilməsi” mövzusuna həsr olunub.

Bu barədə “Report”a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsi olacaq:

“Təcrübə göstərir ki, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsində real irəliləyiş əməkdaşlıq, şəffaflıq və dəqiq məlumatların vaxtında təqdim olunması olmadan mümkün deyil. Bu baxımdan, itkin düşmüş şəxslər haqqında dolğun məlumatların, o cümlədən kütləvi və fərdi dəfn yerləri barədə mövcud məlumatların təqdim edilməsinin, eləcə də münaqişə tərəflərinin itkinlərin axtarılması, aşkarlanması və identifikasiyası istiqamətində birgə humanitar fəaliyyət imkanlarının müzakirəsinə xüsusi diqqət yetiriləcək”.

Vurğulanıb ki, konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir.

Qeyd olunub ki, dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər, ailələr və digər tərəflər bir daha Bakıda bir araya gələrək humanitar əməkdaşlığın konkret nəticələrə çevrilməsi yollarını müzakirə edəcəklər.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Ağdam şəhərinə 362 nəfər (117 ailə) köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür […]