Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

DogruSozTv Az
Oxunma vaxtı:36 Saniyə

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Nəsimi və Xəzər rayonlarında yerləşən dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrində müvafiq razılaşdırma aparılmadan təmir, bərpa, yenidənqurma və digər işlərin görülməsi ilə bağlı Mədəniyyət Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Araşdırma zamanı Nəsimi rayonu, Nizami küçəsi 81 və Bülbül prospekti 36C ünvanlarında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan qeyri-yaşayış obyektlərində, habelə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan məsciddə qanunvericiliyin tələbləri pozulmaqla, müvafiq razılaşdırma aparılmadan yenidənqurma işlərinin həyata keçirildiyi müəyyən edilib.

Araşdırmanın nəticələrinə əsasən, aşkar edilmiş qanun pozuntularının təkrarlanmasının qarşısının alınması məqsədilə həmin əməllərə yol vermiş şəxslərə prokuror təsir aktı olan xəbərdarlıq elan olunub.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Ukrayna ordusunun Baş Qərargahı Yaroslavlda neftayırma zavoduna hücumu təsdiqləyib

Ukrayna ordusunun Baş Qərargahı Rusiyanın Yaroslavl vilayətində “Slavneft-YANOS” neftayırma zavoduna hücumu təsdiqləyib. “RBC-Ukraine” xəbər verir ki, Ukrayna hərbi rəsmilərinin məlumatına görə, hücum nəticəsində zavodun ərazisində yanğın baş verib. Qeyd edək ki, bundan əvvəl sözügedən obyektin vurulması barədə xəbərlər yayılıb. “Slavneft-YANOS” neftayırma zavodu Rusiyada ən iri neftayırma zavodlarından biridir və illik […]