Azərbaycan nefti cüzi ucuzlaşıb

DogruSozTv Az
Oxunma vaxtı:44 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,42 ABŞ dolları və ya 0,46 % azalaraq 91,51 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 88,53 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,39 ABŞ dolları və ya 0,44 % azalaraq 88,11 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

2026-2027-ci tədris ilində bir neçə dərslik yenilənmiş məzmunda tədris prosesində istifadə olunacaq. Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib. Belə ki, yeni tədris ilində IV siniflər üçün “Həyat bilgisi”, VII siniflər üçün “Azərbaycan dili” “Riyaziyyat”, “İngilis dili”, “Azərbaycan tarixi”, VIII siniflər üçün “Coğrafiya”, IX siniflər […]