Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

DogruSozTv Az
Oxunma vaxtı:39 Saniyə

2026-2027-ci tədris ilində bir neçə dərslik yenilənmiş məzmunda tədris prosesində istifadə olunacaq.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Belə ki, yeni tədris ilində IV siniflər üçün “Həyat bilgisi”, VII siniflər üçün “Azərbaycan dili” “Riyaziyyat”, “İngilis dili”, “Azərbaycan tarixi”, VIII siniflər üçün “Coğrafiya”, IX siniflər üçün “Biologiya”, “Fizika” və digər dərsliklər yenilənmiş məzmunda tədris prosesində istifadə olunacaq.

Yenilənmiş dərsliklərin hazırlanmasında əsas məqsəd şagirdlərdə yalnız nəzəri biliklərin formalaşdırılması deyil, eyni zamanda həmin biliklərin real həyat situasiyalarında tətbiqi, problemhəlletmə, tədqiqat aparma, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişaf etdirilməsidir.

Eyni zamanda yeni nəşrlərdə oxu, riyazi və elmi savadlılığın inkişafına xidmət edən tapşırıqların sayı artırılmış, maliyyə savadlılığı, ekoloji məsuliyyət, rəqəmsal bacarıqlar, media və informasiya savadlılığı, kibertəhlükəsizlik kimi müasir və aktual məlumatlar məzmuna daha sistemli şəkildə inteqrasiya edilib.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycan Prezidenti İlham Əliyev moldovalı həmkarı Maya Sanduya təbrik məktubu ünvanlayıb.Təbrikdə deyilir: “Hörmətli xanım Prezident, Moldova Respublikasının müstəqilliyinin elan edilməsinin 35-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Bu gün Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq […]