AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

DogruSozTv Az
Oxunma vaxtı:34 Saniyə

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda bu gün növbəti matçını keçirəcək.

Faiq Qarayevin baş məşqçisi olduğu komanda Rumıniya ilə üz-üzə gələcək.

Qarşılaşma Milli Gimnastika Arenasında, saat 18:30-da start götürəcək.

Qrupun digər oyununda, saat 15:30-da isə Niderland və Portuqaliya yığmaları münasibətləri aydınlaşdıracaq.

Xatırladaq ki, C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək. İki turdan sonra Azərbaycan millisi 6 xalla qrup lideridir. Belçika (5 xal) ikinci, Niderland (2 xal) üçüncüdür. Hərəyə 1 xalı olan Rumıniya ilə İspaniya müvafiq olaraq 4-5-ci yerləri bölüşürlər. Xalı olmayan Portuqaliya sonuncu – altıncıdır.

Reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Loading

Next Post

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

Bu ilin yanvar–iyul aylarında 110,7 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) məlumat yayıb. Məlumata görə, onlardan 24,6 min pensiya, 75,5 min müavinət və 10,6 min təqaüd təyinatıdır.