9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

DogruSozTv Az
Oxunma vaxtı:1 Dəqiqə, 11 Saniyə

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat verilib.

Bildirilib ki, abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər.

Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Təhsil formasıQəbul planıQəbul olunubQəbulolma faizi
Azərbaycan bölməsiRus bölməsiBölmələr üzrə cəmi
Dövlət ödənişsiz2499235581243697.48
Dövlət ödənişli34813124103322792.70
Özəl (Bakı İlahiyyat Kolleci ilə birlikdə)23020129230100.00
Cəmi62105680213589394.90

ÜMUMİ ORTA TƏHSİL BAZASINDA ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT

Təhsil formasıQəbul planıQəbul olunubQəbulolma faizi
Azərbaycan bölməsiRus bölməsiBölmələr üzrə cəmi
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar509049511395090100.00
Xüsusi qabiliyyət tələb edən ixtisaslar11207297480371.70
Cəmi62105680213589394.90

Qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qeydiyyat 19 avqust saat 15:00-dan 31 avqust saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Loading

Next Post

Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq

Sabahdan “AZCON Holding” şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən “qırmızı” və “yaşıl” xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır. Tikinti işləri təxminən 10-11 ay davam edəcək və bu müddət ərzində qatarlar “Nizami” – “28 May” arasında fəaliyyət göstərməyəcək. Layihə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə […]