UEFA Çempionlar Liqası: “Sabah” Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

“Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün Danimarka təmsilçisi “Orhus”la cavab matçına çıxacaq.

Qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək.

Fransalı FIFA referisi Villi Delajonun idarə edəcəyi görüşə saat 20:00-da start veriləcək.

Komandalar arasında Danimarkada baş tutan ilk oyunda “Orhus” 2:1 hesablı qələbə qazanıb.

Xatırladaq ki, Bakı klubu “Orhus”u mübarizədən kənarlaşdıracağı təqdirdə, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel” (İsrail, Beer-Şeva) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

Azərbaycan çempionu Danimarka təmsilçisinə məğlub olacağı təqdirdə isə UEFA Avropa Liqasının pley-off mərhələsində “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Loading

Next Post

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

Bu gün Bakının Binə və Nardaran qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Ə. İsazadə küçəsinin, Nardaran qəsəbəsinin Abşeron, Ə. Tağıyev, M. İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə […]