Sabah 39 dərəcə isti olacaq

Oxunma vaxtı:33 Saniyə

Bakıda və Abşeron yarımadasında avqustun 1-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.

Loading

Next Post

Sadır Japarov Mərkəzi Asiya ölkələri üçün vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələrinə səyahət etmək istəyən xarici vətəndaşlar üçün vahid turizm vizasının tətbiqi üzrə işləri fəallaşdırmağı təklif edib. “Report”un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, o, bu təkliflə Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının Çolpon-Atada keçirilən qeyri-rəsmi məşvərət görüşündə çıxış edib. “Xalqlarımız arasındakı mədəni yaxınlıq, […]