Cari ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub

Oxunma vaxtı:22 Saniyə

Azərbaycanda bu ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.

Bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında qeyd olunub.

Bildirilib ki, cari ilin birinci yarımilində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülüb.

Loading

Next Post

Milli Məclisin deputatı İranda səfərdədir

Milli Məclisin deputatı Ceyhun Məmmədov İran İslam Respublikasının Ərdəbil şəhərində səfərdədir. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Xəbərə görə, deputat səfər çərçivəsində 25-26 iyul tarixlərində “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə günü” və “Ərdəbil Həftəsi” münasibətilə keçiriləcək tədbirlərdə və bir sıra görüşlərdə iştirak edəcək.