Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib

Oxunma vaxtı:32 Saniyə

Süni intellekt artıq reallığa çevrilib.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Şuşa Qlobal Media Forumunda vaxtilə süni intellekt mövzusu müzakirə olunurdu:

“Həmin vaxt süni intellektin ilkin mərhələsi idi və bəziləri üçün süni intellekt əsasında hazırlanmış çıxışları dinləmək sürpriz idi. Cəmi iki il keçdikdən sonra süni intellekt artıq reallığa çevrilib. ​Sosial media ünsiyyət imkanlarını genişləndirsə də, eyni zamanda, dezinformasiya və cəmiyyətdə manipulyasiyaların yayılmasını da sürətləndirib. Rəqəmsal platformalar milyardlarla insana səs verib, lakin bu səs bəzən həqiqəti yalandan ayırmağı çətinləşdirir”.

Loading

Next Post

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada mətbuata bəyanatlarla çıxış edirlər. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.