Pezeşkian və Paşinyan Tehranda danışıqlar aparıblar

Oxunma vaxtı:26 Saniyə

İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı ikitərəfli münasibətlərin ardıcıl olaraq inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu bildirib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Tərəflər həmçinin regional əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparıb, sülhün, sabitliyin və regional əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin vacibliyini vurğulayıblar.

Pezeşkian həmçinin Paşinyanı Ermənistanda parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

Qeyd edək ki, Ermənistanın Baş naziri ABŞ və İsrailin zərbələri nəticəsində ölən İranın ali lideri Əli Xameneinin vida və dəfn mərasimində iştirak etmək üçün İrana gedib.

Loading

Next Post

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 14 iyun tarixində keçirilmiş qəbul imtahanının (II cəhd, təkrar) yekun nəticələrini elan edib. Bu barədə DİM məlumat yayıb. Bakalavrlar yekun imtahan balı ilə buradan tanış ola bilərlər. Yekun nəticələr haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə […]