Bu il 23 mindən çox müəllim sertifikatlaşdırmadan keçəcək

Oxunma vaxtı:55 Saniyə

Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi ötən il 7 milyard ABŞ dollarını ötüb.

“Report”un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin III iclası və Rəqabət Forumu”nda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illərdə TDT-yə üzv dövlətlər arasında ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların genişlənməsi, nəqliyyat-logistika əlaqələrinin möhkəmlənməsi və regional iqtisadi əməkdaşlığın inkişafı bu istiqamətdə əldə olunan uğurların bariz göstəricisidir.

“Ölkəmiz TDT məkanında iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı ticarətin inkişafı istiqamətində ardıcıl addımlar atır. Azərbaycanın Türkiyə ilə Preferensial Ticarət Sazişi qüvvədədir. Bununla yanaşı, təşkilata üzv digər ölkələrlə də azad ticarət sazişləri mövcuddur”, – deyə nazir müavini bildirib.

S.Bəşirli əlavə edib ki, 1995-ci ildən indiyədək Azərbaycan ilə TDT-yə üzv dövlətlər arasında qarşılıqlı investisiyaların ümumi həcmi 40 milyard ABŞ dollarına yaxınlaşıb.

Onun sözlərinə görə, investisiya əməkdaşlığının daha da təşviqi məqsədilə ümumi kapitalı 600 milyon ABŞ dolları olan Türk İnvestisiya Fondu yaradılıb. Eyni zamanda Azərbaycan Özbəkistan, Qırğızıstan və Qazaxıstanla birgə ikitərəfli investisiya fondları təsis edib və həmin fondlar uğurla fəaliyyət göstərir, nazirin müavini əlavə edib.

Loading

Next Post

İranda edama məhkum edilmiş 139 nəfər əfv edilib

İranda barələrində edam hökmü çıxarılmış 139 məhkum əfv edilib. APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran məhkəmə sisteminin sözçüsü Əli-Əsgər Cahangir bildirib. O deyib ki, bu, Ali Rəhbərin razılığı ilə həyata keçirilib. İran məhkəmə sisteminin sözçüsü vurğulayıb ki, həmin şəxslərdən şikayət yoxdur və onların təhlükəsizlik xarakterli cinayət keçmişi olmayıb, […]