Ərdoğan: Ankaradakı NATO sammiti alyansın tarixində dönüş nöqtəsi ola bilər

Oxunma vaxtı:23 Saniyə

Türkiyə Ankarada keçiriləcək NATO sammitinin alyans tarixində əlamətdar hadisə olacağına ümid edir.

Bu barədə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın iştirakı Şimali Atlantika blokunun birliyinin möhkəmləndirilməsinə kömək edən mühüm amil olacaq: “Donald Trampın sammitdə şəxsən iştirakı Alyansın həmrəyliyi baxımından mühüm addım olacaq. Sammitin NATO tarixində əlamətdar hadisəyə çevrilməsi üçün hazırlıqları fəallaşdırmışıq”.

Xatırladaq ki, NATO-nun Ankaradakı sammiti 2026-cı il iyulun 7–8-də keçiriləcək.

Loading

Next Post

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün heyət həlak olub

Pakistanda ordu aviasiyasının “Mi-17” helikopteri qəzaya uğrayıb, göyərtədəki bütün şəxslər həlak olub. Bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidmətinin (ISPR) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə iyunun 10-da Müzəffərabad yaxınlığında baş verib. İlkin olaraq müəyyən edilib ki, helikopter texniki nasazlıq səbəbindən havaya qalxarkən qəzaya uğrayıb. “Göyərtədəki […]