İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

Oxunma vaxtı:24 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Antoniu Joze Sequrunu bu ölkənin milli bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

İnanıram ki, qarşılıqlı hörmət üzərində qurulmuş Azərbaycan-Portuqaliya əlaqələrinin inkişafı və əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim rifah və firavanlıq diləyirəm”.

Loading

Next Post

Sabah 33 dərəcə isti olacaq

Azərbaycanda iyunun 11-də 33 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu […]