İran Tehrana növbəti hücum barədə məlumat yayıb

Oxunma vaxtı:21 Saniyə

İran Tehrana növbəti hücum barədə məlumat verib, paytaxt səmasında hazırda hava hücumundan müdafiə (HHM) vasitələri fəaliyyət göstərir.

Bu barədə “Mehr” informasiya agentliyi xəbər verir.

“Şəhərdə partlayış səsləri eşidilir, HHM sistemləri işə düşüb”, – agentliyin məlumatında bildirilib.

Qeyd olunub ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələri Hayfadakı (İsrail) sənaye obyektlərinə raket zərbəsi endiriblər.

Məlumata görə, zərbə İsrail Müdafiə Ordusunun İranın cənub-qərbindəki Mahşəhrdə neft-kimya sənayesi obyektlərinə hücumlarına birbaşa cavab olaraq endirilib.

Loading

Next Post

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq. Bununla bağlı “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub. Layihə parlamentin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Məlumat verilib ki, qanun layihəsi Şuşa şəhərində abidələrin qorunması ilə bağlı müddəanın dəqiqləşdirilməsi ilə əlaqədar Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, […]