Binədə mağaza yanıb

Oxunma vaxtı:20 Saniyə

Xəzər rayonu, Binə qəsəbəsi ərazisində mağazada yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində ümumi sahəsi 200kv.m. olan tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən fərdi yaşayış evinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları 100kv.m. sahədə yanıb.

Mağazanın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Loading

Next Post

Azərbaycan Ordusunun iki hərbçisi Kəlbəcərdə dərəyə düşüb, biri həlak olub

Kəlbəcər rayonu Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Mənsimli Rəcəb Miriş oğlu və Osmanov İlyas Coşqun oğlu bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alaraq yaralanan Osmanov İlyas Coşqun oğlu dərhal ilk […]