Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır

Oxunma vaxtı:49 Saniyə

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qeydiyyat prosesi bu gün saat 23:59-da başa çatacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, qabiliyyət imtahanlarının iyun – avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.

Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ilk cəhdinin nəticəsi “qeyri-məqbul” olsa belə, qeydiyyatdan keçə bilərlər. Lakin bu abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 21 iyun tarixində keçiriləcək Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ikinci cəhdində “məqbul” aldıqları təqdirdə müsabiqəyə buraxılacaqlar.

Loading

Next Post

Keniya Ali Məhkəməsinin nümayəndə heyəti Qarabağa səfər edib

Azərbaycanda səfərdə olan Keniya Respublikası Ali Məhkəməsinin sədri Martha Koomenin rəhbərlik etdiyi nümayəndə heyətinin Qarabağ bölgəsinə səfəri təşkil olunub. Ali Məhkəmədən verilən xəbərə görə, nümayəndə heyəti əvvəlcə Şuşa şəhərində olub. Qonaqlar Azərbaycanın mədəniyyət paytaxtının tarixi və memarlıq abidələri ilə tanış olublar. Səfər çərçivəsində nümayəndə heyəti dahi Azərbaycan şairi və ictimai […]