Ukrayna Rusiyanın 16 vətəndaşına və 31 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib

Oxunma vaxtı:27 Saniyə

Ukrayna Prezidenti Volodimir Zelenskinin imzaladığı iki fərmanla ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyaların Avropa İttifaqının (Aİ) qərarları ilə sinxronlaşdırılmasına dair qərarı qüvvəyə minib.

Bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirib.

“20-ci paket çərçivəsində Avropa İttifaqı sanksiyalarının sinxronlaşdırılması 120 şəxs və təşkilatı əhatə edir və Rusiya iqtisadiyyatının əsas sektorlarına yönəlmiş iqtisadi sanksiyalar tətbiq edir. Onların bir hissəsi artıq Ukraynanın sanksiyaları altındadır. Bugünkü qərar Rusiyanın daha 16 vətəndaşına və Rusiya, Belarus, BƏƏ, Qırğızıstan, Qazaxıstan, Özbəkistandan olan 31 şirkətə aiddir”, – məlumatda deyilir.

Bu, həmçinin Rusiyanın nəzarəti altında olan əraziləri də əhatə edir.

Loading

Next Post

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya […]