Sahibə Qafarova: WUF13-ün uğurla keçirilməsi İlham Əliyevin siyasətinin müsbət nəticəsidir

Oxunma vaxtı:1 Dəqiqə, 7 Saniyə

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda uğurla keçirilməsi Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin müsbət nəticəsidir.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.

Onun sözlərinə görə, dövlət başçısı forumun açılış mərasimindəki çıxışında Bakıda və ölkənin digər bölgələrində müasir şəhərsalma sahəsində həyata keçirilən layihələrdən danışıb:

“Prezident İlham Əliyev xüsusi qeyd edib ki, Azərbaycanda şəhərsalma ənənələri dərin tarixi köklərə malikdir. Əsrlər boyu burada zəngin şəhər mədəniyyəti formalaşıb, nadir memarlıq abidələri yaradılıb. Bu gün Azərbaycan tarixi irsini qorumaqla yanaşı, həm də dayanıqlı inkişafın müasir standartlarını və şəhərsalmada qabaqcıl yanaşmaları tətbiq edir”.

Spiker bu baxımdan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin müstəsna əhəmiyyətə malik olduğunu bildirib:

“Qarabağ və Şərqi Zəngəzurda sadəcə yeni yaşayış məntəqələri deyil, həm də müasir yaşayış mühiti yaradılır. Əlamətdar haldır ki, 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunub. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının məhz belə bir dövrdə keçirilməsi onu göstərir ki, şəhərsalma, memarlıq və dayanıqlı inkişaf məsələləri Azərbaycanın təkcə daxili gündəliyində deyil, həm də beynəlxalq fəaliyyətində mühüm yer tutur”.

S.Qafarova vurğulayıb ki, Milli Məclisin deputatları WUF13-ün panel sessiyalarında həm fəal iştirak edib, həm də müzakirələrdə maraqlı çıxışlar ediblər:

“Dayanıqlı inkişafın parlament ölçüsü getdikcə daha böyük əhəmiyyət kəsb edir. Qanunvericilik orqanları müasir şəhərsalma, ekoloji təhlükəsizlik, ərazilərin səmərəli idarə olunması və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi üçün hüquqi əsasların yaradılmasında önəmli rol oynayırlar”.

Loading

Next Post

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 4-də Qazax rayonunda növbəti vətəndaş qəbulu və Ağstafada polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Qazax, Ağstafa, […]