İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı açıqlamasını sevinclə izlədik – Ərdoğan

Oxunma vaxtı:31 Saniyə

Azərbaycan torpağının işğal olunmasına səssiz qala bilməzdik və qalmadıq.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, Ermənistanın 28 illik zülmü qarşısında ATƏT-in Minsk qrupu azərbaycanlı qardaşlarımızı qaçqın vəziyyətində saxladı. Bu işğala Minski qrupu heç bir çarə tapmadı, həll yolu təklif etmədi:

“Azərbaycanlı qardaşlarımız öz problemlərini özləri həll etdi. Prezident İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı açıqlamasını sevinclə izlədik. Şuşanın azad olunması ilə ümidlərimiz daha da artıb. Başda İlham Əliyev olmaqla Azərbaycan xalqını təbrik edirəm. Bu mübarizə Qarabağ işğaldan tam azad olunana qədər davam edəcək. Heç şübhəsiz, bütün ərazilər işğaldan tam azad olunacaq”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan əsgəri bir əlində silah, bir əlində bayraqla növbəti hədəfə doğru irəliləyir - Anar Eyvazov

Mənəvi-psixoloji vəziyyəti və maddi-texniki təminatı yüksək səviyyədə olan Azərbaycan əsgəri bir əlində silah, bir əlində bayraqla növbəti hədəfə doğru irəliləyir. Doğrusöztv.Az Trend – ə istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib. “Biz bu cəsarəti və döyüş ruhunu müzəffər Ali Baş Komandanımız və sarsılmaz xalqımızdan alırıq. […]