I sinfə şagird qəbulu başlayıb

Oxunma vaxtı:34 Saniyə

Bu gün 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

Xatırladaq ki, birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.

Həmçinin bu gün saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aktivləşib.

Loading

Next Post

Tramp Hörmüz boğazının açılması şərtlərini açıqlayıb

Əgər İran əldə edilmiş razılaşmalara əməl etməyə razılaşsa, “Epik qəzəb” əməliyyatı başa çatacaq, həmçinin Hörmüz boğazının blokadası aradan qaldırılacaq. Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” yazıb. “İranın əldə edilmiş razılaşmaların şərtlərini yerinə yetirməyə razılaşacağı fərz edək. O zaman “Epik qəzəb” sona çatacaq və Hörmüz boğazının blokadası İran da daxil […]