Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib

Oxunma vaxtı:54 Saniyə

29 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Kolumbiyanın xarici işlər nazirinin müavini Xuana Kastro Santamarianın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər siyasi dialoqun genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin təşviqi, habelə bir sıra qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən turizm, viza liberallaşdırılması, təhsil, mədəniyyət, humanitar, tələbə mübadiləsi, Parlamentlərarası əlaqələr və bir sıra digər əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Ölkəmizdə ispan dilinə artan maraq, bu sahədə təşkil olunan proqramlarda vətəndaşlarımızın iştirakı məmnunluqla qeyd olunub.

Azərbaycanın COP29-a ev sahibliyi, bir sıra beynəlxalq platformalarda sədrliyi, regionda liderliyi təqdir olunub.

Tərəflər həmçinin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Hər iki ölkənin minalardan əziyyət çəkdiyi diqqətə alınaraq, minasızlaşdırma sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Eyni gündə Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfdən nazir müavini Elnur Məmmədov, Kolumbiya tərəfdən isə xarici işlər nazirinin müavini Xuana Kastro Santamaria rəhbərlik edib.

Loading

Next Post

XTQ-nin yaradılmasından 27 il ötür

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasından 27 il ötür.XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulub. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Xüsusi Təyinatlı Qüvvələrin bölmələri 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və […]