Azərbaycan və Qazaxıstan sosial sığorta sahəsində əməkdaşlığı gücləndirir

Oxunma vaxtı:25 Saniyə

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Qazaxıstanın Dövlət Sosial Sığorta Fondu Əməkdaşlıq memorandumu imzalayıb.

Sənədə Astanada keçirilmiş əməyin mühafizəsi və sənaye təhlükəsizliyi üzrə 14-cü Qazaxıstan Beynəlxalq Konfransı çərçivəsində imza atılıb.

Memorandum iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın inkişafına və sosial təminat sahəsində təcrübə mübadiləsinə yönəlib.

Qazaxıstan fondunun İdarə Heyəti sədrinin müavini Marat Janibekovun sözlərinə görə, memorandum ikitərəfli əməkdaşlığı, o cümlədən dövlət orqanları arasında mütəmadi qaydada təcrübə mübadiləsinin aparılmasını və beynəlxalq platformalarda fəaliyyətin əlaqələndirilməsini nəzərdə tutur.

Loading

Next Post

Milli Məclisin növbəti iclasında 8 məsələ müzakirə olunacaq

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi məlum olub. Mayın 1-də keçiriləcək iclasın gündəliyinə 8 məsələ daxildir. Onlar aşağıdakılardır: 1. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanunun layihəsi. 2. “Mülki, […]