Azərbaycan Premyer Liqası: XXIX tura bu gün iki matçla yekun vurulacaq

Oxunma vaxtı:31 Saniyə

Misli Premyer Liqasında XXIX tura bu gün yekun vurulacaq.

Sonuncu oyun günündə iki matç keçiriləcək.

İlk olaraq “Turan Tovuz” “Zirə”ni qəbul edəcək.

Qarşılaşma Tovuz şəhər stadionunda, saat 18:00-da start götürəcək. Bölgə təmsilçisi 55 xalla üçüncü, qonaqlar 45 xalla dördüncü pillədə qərarlaşıb.

Tur “Sabah” – “Karvan-Yevlax” qarşılaşması ilə başa çatacaq. Görüş “Bank Respublika Arena”da, saat 20:00-da başlayacaq. “Bayquşlar” 69 xalla çempionatın lideridir. Yevlax klubu 14 xalla sonuncu – 12-ci sıradadır.

Xatırladaq ki, daha əvvəl “Sumqayıt” “İmişli”ni (2:0), “Şamaxı” “Kəpəz”i (2:0), “Qarabağ” “Neftçi”ni (5:1) məğlub edib. “Qəbələ” – “Araz-Naxçıvan” matçında qalib müəyyənləşməyib – 1:1.

Loading

Next Post

Kür çayının aşağı axınına suyun buraxılmasına başlanıldı

Mingəçevir su anbarından Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Dövlət Agentliyi (ADESA) məlumat yayıb. Bildirilib ki, martın sonundan başlayaraq, respublikanın bütün bölgələrində intensiv yağışlar nəticəsində transsərhəd çaylarında, eləcə də daxili çaylarda gürsululuq müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, […]