Ramin Məmmədov vətəndaş qəbulu keçirəcək

Oxunma vaxtı:23 Saniyə

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 14-də Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Füzuli rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə Komitədən məlumat verilib.

Qeyd edilib ki, qəbul saatı 11:00-da Ağdam rayon Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Qarabağ regional bölməsinə (əlaqə vasitələri: (021) 275 52 00, (050) 888 39 98) müraciət etmələri xahiş olunur.

Loading

Next Post

Emin Əmrullayev: Mövcud imtahan modeli beynəlxalq standartlara yaxınlaşıb

Mövcud imtahan modeli beynəlxalq standartlara yaxınlaşıb. Bunu elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda deyib. Onun sözlərinə görə, bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi (ETN) arasında ciddi əməkdaşlıqlar başlayıb. “Mühüm məqamlardan biri də mövcud imtahan […]