Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Oxunma vaxtı:25 Saniyə

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ilə görüşüb.

Bu barədə İnqa Ruqiniene “X”-də paylaşım edib.

“Litva və Azərbaycan müstəqilliyin bərpası uğrunda mübarizə dövründə xalqlarımızın bir-birinə dəstək göstərməsi ilə yadda qalan həmrəylik tarixini bölüşür. Bu gün tərəfdaşlığımızı bir çox sahələr üzrə gücləndirmək və əlaqələri genişləndirmək üçün aydın imkanlar görürük. Bu da hər iki ölkənin xeyrinədir. Bu mövzuda spiker Sahibə Qafarova ilə səmərəli müzakirə apardıq”, – deyə Litva Baş naziri qeyd edib.

Loading

Next Post

Qlobal xaos fonunda Azərbaycan modeli - 44 günlük Zəfərin düsturu - ŞƏRH

Bu gün dünyanın bir sıra regionlarında baş verən hadisələr, münaqişələr, müharibələr beynəlxalq təhlükəsizliyi təhdid etməklə yanaşı, qlobal sabitliyi pozur, iqtisadiyyatları zəiflədir, dünya ticarətinə zərbə vurur.Günümüzdə dünyada baş verən bu proseslər ciddi problemlərə çevrilib və onların nəticələrinin aradan qaldırılması uzun müddət vaxt və resurs, maliyyə itkisi deməkdir. Xüsusilə artıq 4 ildir […]