Avropa Liqasının 1/4 final mərhələsində bu gün daha üç oyun keçiriləcək

Oxunma vaxtı:27 Saniyə

UEFA Avropa Liqasının 1/4 final mərhələsində bu gün daha üç oyun keçiriləcək.

Almaniyada “Frayburq” İspaniyanın “Selta” klubunu sınağa çəkəcək.

Portuqaliyanın “Portu” kollektivi İngiltərə təmsilçisi “Nottinqem Forest”lə qarşılaşacaq. İtaliyada isə “Bolonya” və İngiltərənin “Aston Villa” klubları münasibətlərinə aydınlıq gətirəcəklər.

UEFA Avropa Liqası

1/4 final mərhələsi, ilk oyunlar

9 aprel

23:00. “Portu” (Portuqaliya) – “Nottinqem Forest” (İngiltərə)

23:00. “Frayburq” (Almaniya) – “Selta” (İspaniya)

23:00. “Bolonya” (İtaliya) – “Aston Villa” (İngiltərə)

Qeyd edək ki, ötən gün Portuqaliyanın “Braqa” komandası evdə “Betis”lə (İspaniya) heç-heçə edib – 1:1.

Loading

Next Post

Saatlıda su kanalından 2 avtomat tapılıb

Saatlı rayonunun Nərimankənd kəndi ərazisindən keçən su kanalından odlu silahlar tapılıb. Məlumatına görə, polis əməkdaşlarının hadisə yerinə baxışı zamanı 2 ədəd avtomat aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.