İsraildə İranla müharibənin başlanğıcından bəri yaralananların sayı 6,6 minə çatıb

Oxunma vaxtı:32 Saniyə

ABŞ-İsrailin İrana qarşı birgə hərbi əməliyyatının başlanmasından bəri İsraildə yaralananların sayı 6 594-ə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki məlumatında bildirilib.

Qeyd olunub ki, hazırda İsrail xəstəxanalarında 125 nəfər müalicə alır, onlardan 16-sı ağır vəziyyətdədir.

Qurumdan vurğulanıb ki, son 24 saat ərzində ölkədə 148 nəfər yaralanıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Loading

Next Post

Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib

Prezident İlham Əliyev ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən bir qrup şəxsin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, aşağıdakı şəxslər təltif ediliblər: Bağırov Ceyhun Əkbər oğlu – polkovnik Daşdəmirov Mehman Qəhrəman oğlu – istefada olan polkovnik Məmmədov Süleyman Abdulla oğlu – […]