Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək

Oxunma vaxtı:20 Saniyə

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək.

“Report”un əldə etdiyi məlumata görə, yük 5 vaqon təşkil edir.

Qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək, daha sonra Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Qeyd edək ki, sonuncu dəfə, yəni martın 19-da Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 488 ton Rusiya taxılı göndərilib.

Loading

Next Post

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

Azərbaycanda martın 24-də cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, ötən gün həmçinin narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.