Bizim üzərimizə hansı vəzifə düşürsə, 24 saata Azərbaycanın yanındayıq – Mustafa Rifat

Oxunma vaxtı:33 Saniyə

Sizin liderliyinizlə Azərbaycan Ordusunu təbrik edirik. Bizim otuz illik həsrətimizə son qoyursunuz. Allah Sizdən razı olsun, Allah köməyiniz olsun.

Doğrusöztv.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüş zamanı deyib.

Mustafa Rifat bildirib: “Bizim üzərimizə hansı vəzifə düşürsə, türk qardaşlarınızın, Türkiyədəki qardaşlarınızın üzərinə hansı vəzifə düşürsə, 24 saata yanınızdayıq. Bizə xəbər göndərməyiniz kifayət edər, cənab Prezident. O gündən bəri Türkiyənin Odalar və Borsalar Birliyinin binasının önünü biz Azərbaycan bayrağımızla bəzədik. O gündən bəri belədir. Bu, bütün sosial mediada yayıldı. O günki Siz əməliyyata başladınız, Ankaranın ən prestijli binalarından birində Azərbaycan bayrağını qaldırdıq”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Dağlıq Qarabağ məsələsində siz yerdən göyə qədər haqlısınız - Binəli Yıldırım

Bilirik ki, Dağlıq Qarabağ məsələsində Siz yerdən göyə qədər haqlısınız. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım Prezident İlham Əliyevin qəbulunda söyləyib. Türkiyə olaraq biz Azərbaycanın bu haqlı mübarizəsində əvvəldən bəri daim onun yanındayıq. Heydər Əliyev cənablarının “Bir millət, iki dövlət” şüarını o gündən bu […]