Next Post

Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var

Bakının Sabunçu rayonunda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. 2001-ci il təvəllüdlü Ramil Qafar oğlu Tağıyevin idarə etdiyi motosikletlə BYD markalı avtomobil toqquşub. Xəstəxanaya yerləşdirilən motosiklet sürücüsü orada ölüb. Faktla bağlı cinayət işi başlanıb.