Fidanla Əraqçi yenidən Türkiyə hava məkanının pozulmasını müzakirə ediblər

Oxunma vaxtı:27 Saniyə

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Bu barədə “Haber Global” nazirlikdəki mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı zamanı H.Fidan Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğunu bildirib və Türkiyənin buna qarşı bütün zəruri tədbirləri görməyə davam edəcəyini vurğulayıb.

Nazir Fidan həmçinin qeyd edib ki, bütün tərəflər regional təhlükəsizliyə zərər verə biləcək və mülki şəxslər üçün risk yaradacaq addımlardan çəkinməlidir.

A.Əraqçi isə Türkiyə hava məkanına yönələn raketlərin İran mənbəli olmadığını bildirib və məsələ ilə bağlı genişmiqyaslı araşdırma aparılacağını qeyd edib.

Loading

Next Post

Təxliyə olunan: "Proses yüksək səviyyədə həyata keçirildi"

Bu gün Omanın paytaxtı Maskatdan Bakıya təxliyə reysi ilə gətirilmiş Azərbaycan vətəndaşları jurnalistlərə açıqlamasında aidiyyəti dövlət qurumlarına minnətdarlıq ediblər. Təxliyə edilənlərdən biri Xəqani Süleymanov bildirib ki, Dubayda (Birləşmiş Ərəb Əmirlikləri – BƏƏ) 10 gün ərzində əla şəraitlə təmin olunublar və təxliyə prosesi yüksək səviyyədə həyata keçirilib. “Başda Prezident İlham Əliyev […]