Ermənistan qəsdən Şuşa meşələrində yanğın törədir – Hikmət Hacıyev

Oxunma vaxtı:24 Saniyə

Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən Şuşa meşələrində yanğın törədilir. Ermənistanın məqsədi ekoloji terror vasitəsilə Azərbaycan silahlı qüvvələrinin istifadə etdiyi pilotsuz uçuş vasitələrinin görüntüləri üçün maneələrin yaradılmasıdır.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistanın Şuşa meşələrində yanğının törədilməsi üçün qadağan olunmuş ağ fosfordan istifadə etməsi istisna deyildir:

“AR Müdafiə nazirliyi kəşfiyyat məlumatlarına əsasən Ermənistanın böyük həcmdə fosfor tərkibli yükü Xocavənd istiqamətinə gətirdiyi barədə məlumat vermişdi”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Mövlud Çavuşoğlu Bakıya gəlib

Türkiyənin Xarici İşlər naziri (XİN) Mövlud Çavuşoğlu Bakıya gəlib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə XİN başçısı “Twitter” hesabında yazıb. “Can Azərbaycana olan güclü dəstəyimizi yeniləmək və Dağlıq Qarabağdakı son hadisələr barədə fikir mübadiləsi aparmaq üçün bir daha Bakıdayıq, qardaşlarımızın yanındayıq”.