İrandan keçən Bakı-Naxçıvan avtobus reysləri dayandırıldı

Oxunma vaxtı:42 Saniyə

Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb.  

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Bildirilib ki, fevralın 28-də Bakıdan Naxçıvana olan 19:00 və 20:00 reysləri, Bakıdan Şərura olan 21:00 reysi,  Naxçıvandan Bakıya olan 15:30, 16:30 və 17:30 reysləri, eləcə də Şərurdan Bakıya olan 16:30 reysi müvəqqəti təxirə salınır. 

Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək.  

Əlavə suallar yaranarsa, sərnişinlər AYNA-nın “141” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Məlumatda həmçinin qeyd olunub ki, yük nəqliyyat vasitələrinin isə İran-Azərbaycan sərhədindən keçməsi ilə bağlı hər hansı bir problem yaşanmır və məhdudiyyət tətbiq olunmur. Daşıyıcılarla mütəmadi olaraq əlaqə saxlanılır və məsələ nəzarətdədir. Hər hansı dəyişiklik olarsa, ictimaiyyətə məlumat veriləcək.

Loading

Next Post

Türkiyə və Azərbaycan daxili işlər nazirləri telefonda danışıb

Türkiyə və Azərbaycan daxili işlər nazirləri telefonda danışıb. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi “X” sosial media hesabında məlumat yayıb. Qeyd olunub ki, nazir Mustafa Çiftçi azərbaycanlı həmkarı Vilayət Eyvazov və İraqın daxili işlər naziri Abdulemir Kamil Şemmari ilə telefon danışıqları aparıb. Telefon danışığı zamanı nazirliklər rasında əməkdaşlıq sahələrinin gücləndirilməsi […]