Sosial şəbəkələrə uşaqlarla bağlı məhdudlaşdırıcı addımların tətbiqi təklif olunur

Oxunma vaxtı:29 Saniyə

Sosial şəbəkələrə uşaqlarla bağlı məhdudlaşdırıcı addımların tətbiqi təklif olunur.

Bununla bağlı məsələ İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, zorakılığı təbliğ edən halların müəyyən edilməsi və qarşısının alınması məqsədilə uşaqların daha çox istifadə etdikləri sosial şəbəkə, platforma və internet saytları, o cümlədən televiziya proqramları, filmlər və oyunlar üzrə davamlı monitorinqlər aparılmalıdır.

Ombudsman uşaqların psixikasına, sağlamlıq durumuna və davranışına mənfi təsir edə biləcək halların müəyyənləşdirilməsi və məhdudlaşdırıcı tədbirlərin görülməsi, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin olunmasını təklif edir.

Loading

Next Post

Efiopiyannın Baş naziri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

Fevralın 27-də Azərbaycanda rəsmi səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər […]