İlham Əliyev Estoniya prezidentini təbrik edib

Oxunma vaxtı:21 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev estoniyalı həmrakı Alar Karisi Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Loading

Next Post

MM-in parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb. Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə İşçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub. Qərara əsasən, Milli Məclisin Keniya, Qambiya, Laos, Maldiv parlamentləri ilə işçi qrupları yaradılıb. Sənədə görə, Azərbaycan- […]