İsrail Müdafiə Qüvvələri İran xalqını “Mossad”la əməkdaşlığa çağırıb

Oxunma vaxtı:20 Saniyə

İsrail Müdafiə Qüvvələri (IDF) İran xalqına çağırış edib.

Çağırış IDF-in farsdilli “X” hesabında yerləşdirilib.

IDF müraciətində İran xalqını İsrailin kəşfiyyat xidməti “Mossad”la əməkdaşlığa dəvət edib.

“İranın vətənpərvər xalqından bizimlə əlaqənin rəsmi yollarını izləməyi və hər növ əməkdaşlıq üçün təmasda olmalarını xahiş edirik”, – çağırışda deyilir.

Çağırışda IDF ilə “Mossad”ın sosial şəbəkə hesablarının ünvanları qeyd edilib və əlavə edilib ki, bunlar “yeganə etibarlı və rəsmi hesablardır”.

Loading

Next Post

Vaşinqton-Tehran danışıqları – ABŞ-nin qüvvədə olan Böyük Yaxın Şərq planı - ŞƏRH

Ötən gün Ağ Evdə ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Binyamin Netanyahu arasında görüş olub. Sammitdə İran hakimiyyəti ilə danışıqların davam etdirilməsi və rəsmi Tehrana münasibət, habelə, Qəzza zolağında, Livandakı vəziyyət müzakirə edilib. Liderlərin İranla bağlı görüşü bağlı qapılar arxasında üç saat davam edib. Donald Tramp “Truth” sosial şəbəkəsindəki […]