Yağış yağır, külək əsir

Oxunma vaxtı:28 Saniyə

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ölkə ərazisinin bəzi rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 4, Şahbuz və Sədərəkdə 3, Kişçayda (Şəki) 2, Naxçıvan, Şərurda, Gədəbəy, Şəmkir, Balakən, Zaqatala, Şahdağ və Oğuzda 1 mm-dir.

Hazırda bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Kəlbəcərdə 25, Şahdağda 20, Qobustanda 18, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 10, Aran rayonlarında 16, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınır.

Loading

Next Post

Parisə 8 cüdoçumuz gedəcək

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 7–8 fevral tarixlərində Fransanın paytaxtı Parisdə Böyük Dəbilqə turniri keçiriləcək.  Azərbaycan nüfuzlu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. İki gün davam edəcək turnirdə 82 ölkədən […]