Sabah 37° isti olacaq

alfonsonri
Oxunma vaxtı:32 Saniyə

Bakıda və Abşeron yarımadasında iyunun 3-də hava şəraiti yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında sabah əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.

Loading

Next Post

Türkiyədə benzin və dizelin qiyməti bahalaşdı

Türkiyədə benzin və dizelin qiyməti yenidən bahalaşıb.  Bu barədə “Haber Global”ın məlumatında qeyd olunub. Bildirilir ki, bu gündən etibarən benzinin litri 1 lirə 22 kuruş ( 12 qəpik), dizelin litri isə 1 lirə 49 (15 qəpik) kuruş artıb.