Məhkəmə qərarı olmadan axtarış aparılması hallarının dairəsi genişləndirilir

Oxunma vaxtı:50 Saniyə

Məhkəmənin qərarı olmadan axtarış və ya götürmənin həyata keçirilə biləcəyi halların dairəsi genişləndirilir.

Bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənədə görə, təxirə salına bilməyən hallarda müstəntiq şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən İKT sisteminin, onun hissələrinin, elektron verilənlərin saxlanıldığı daşıyıcıların və ya elektron verilənlərin gizlədilməsini və ya məhv edilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda axtarış və ya götürmə məhkəmənin qərarı olmadan həyata keçiriləcək.

Ümumiyyətlə, əldə olunan sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı İKT sistemində, onun hissələrində, elektron verilənlərin saxlanıldığı daşıyıcılarda ve ya elektron verilənlərdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək məlumatların olmasını güman etməyə kifayət qədər əsas verdikdə, həmin sistemdə, onun hissələrində, elektron verilənlərin saxlanıldığı və elektron daşıyıcılarda verilənlərdə axtarış aparıla və İKT sistemi, onun hissələri, elektron verilənlərin saxlanıldığı daşıyıcılar və ya elektron verilənlər götürülə biləcək və bu vasitələrin götürülməsində mütəxəssis iştirak edəcək.

Loading

Next Post

“Zəngəzur” elektrik ötürmə xəttinin çəkilməsinə başlanılıb - VİDEO

Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerji sistemi ilə birləşdirilməsi, eyni zamanda Azərbaycan–Türkiyə–Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədilə Zəngəzur xəttinin tikintisinə başlanılıb. “AzərEnerji” ASC-dən verilən məlumata görə, ölkə başçısının tapşırığına əsasən “AzərEnerji” tərəfindən Cəbrayıldan Ağbəndə qədər 74 km, paralel olaraq isə Naxçıvandan Ordubadın sərhədinədək 105 km uzunluğunda, ikidövrəli və 1000 […]