Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Oxunma vaxtı:26 Saniyə

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2027-ci il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur.

Bu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Qeyd edilib ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən yoxlamalar (qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) dayandırılıb. Təklif olunan qanun layihəsi həmin müddətin daha bir il uzadılmasını nəzərdə tutur.

Loading

Next Post

Şənbə günü hava yağmursuz olacaq - PROQNOZ

Azərbaycanda yanvarın 24-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 23-dən 24-nə keçən gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 5-10 […]