Qripə yoluxanların sayı artıb – TƏBİB

Oxunma vaxtı:21 Saniyə

Ölkədə hazırda qrip virusunun həddən artıq yayılması müşahidə olunur.

Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün Yeni Klinikada ilk dəfə robotik cərrahi əməliyyatın icra olunmasına dair brifinqdə jurnalistlərin suallarını cavabandırarkən bildirib.

Onun sözlərinə görə, qrip ştammı daim dəyişən viruslardandır:

“Qripdən ən yaxşı müdafiə vaksinasiyadır. Hazırda təcili yardıma qriplə bağlı müraciətlər çoxalıb. Çox ağırlaşan xəstələrimiz olmayıb. Əsasən uşaqları stasionar müalicəyə cəlb edirik. Ağırlaşma və ya ölüm halları baş verməyib”.

Loading

Next Post

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin hədəfləri müzakirə olunub

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin 2025-ci il üzrə fəaliyyətinin yekunları və 2026-cı il üçün hədəfləri müzakirə olunub. Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “X” hesabında paylaşıb. Qeyd edilib ki, Müşahidə Şurasının iclasında qarşıdakı dövrün prioritet istiqamətləri müəyyənləşdirilib.