Prezident İlham Əliyev Davosda “Brookfield Asset Management” şirkətinin prezidenti ilə görüşüb

Oxunma vaxtı:46 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Brookfield Asset Management” şirkətinin prezidenti Konnor Teski ilə görüşüb.

APA-nın Davosa ezam olunmuş müxbiri xəbər verir ki, söhbət zamanı “Brookfield Asset Management”in real aktivlərə yönəlmiş qlobal investisiya fəaliyyəti nəzərə alınmaqla, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə investisiya baxımından maraq doğuran sahələr və mümkün layihələr barədə fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində ARDNF ilə “Brookfield Asset Management” arasında uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Sənəd mövcud strateji münasibətlərin institusional əsasda daha da dərinləşdirilməsini, Fondun qlobal miqyasda nüfuzlu investisiya platformalarına çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur. Bununla yanaşı ARDNF-nin “Brookfield” tərəfindən idarə olunan fondlara və birgə investisiya layihələrinə 3-4 il müddətində ümumilikdə 1,4 milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının dəyərləndirilməsi planlaşdırılır.

Əməkdaşlıq çərçivəsində Azərbaycanda investisiya potensialı olan əsas sahələr, o cümlədən enerji keçidi və saxlancı, bərpaolunan enerji, rəqəmsal infrastruktur və digər sahələr üzrə imkanların araşdırılması nəzərdə tutulur.

Loading

Next Post

FT: Qrenlandiya qalmaqalı Ukraynanın müharibədən sonra bərpası ilə bağlı sazişi pozub

Ukraynanın müharibədən sonrakı bərpasına dair planlaşdırılan 800 milyard dollarlıq sazişin imzalanması təxirə salınıb. Bu barədə “Financial Times” qəzeti rəsmi mənbələrə istinadən məlumata yayıb. Məlumata görə, Ukrayna ilə ABŞ arasında müharibədən sonrakı bərpa ilə bağlı razılaşmanın Davosda imzalanması planları pozulub. Qeyd edilib ki, buna səbəb Avropa ölkələrinin ABŞ Prezidenti Donald Trampın […]