DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

Oxunma vaxtı:24 Saniyə

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.

DTX-nin əməkdaşları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hüznlə anıblar.

Daha sonra DTX-nin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, Şəhidlər xiyabanında dəfn edilmiş Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.

Loading

Next Post

Prezident: Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir

Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində deyib. Dövlət başçısı qeyd edib ki, əvvəllər reaksiya verilirdi: “Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, biz […]