Bakıda bu yollarda sıxlıq var – SİYAHI

Oxunma vaxtı:46 Saniyə

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

5. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

6. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;

7. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);

8. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

11. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

12. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

13. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Loading

Next Post

Dünya bazarlarında neftin qiyməti artlr

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin mart müqaviləsinin dəyəri 0,08% artaraq 1 barelə görə 63,39 ABŞ dolları təşkil edib. Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin mart ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,37% artaraq 59,16 ABŞ dollarına bərabər […]